Azərbaycan dünyada 27-ci pilləyə yüksəldi - MDB-də isə birinciyik

Azərbaycan dünyada 27-ci pilləyə yüksəldi - MDB-də isə birinciyik

"World Economic Forum" avtomobil yollarının vəziyyətinə dair "Quality of roads" hesabatını yeniləyib.

Publika.az xəbər verir ki, Azərbaycan MDB məkanında ən yüksək nəticə göstərib.

Ümumilikdə isə Azərbaycan 141 ölkə arasında isə 27-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, ölkəmiz 2016-cı ildə siyahının 50-ci, 2018-ci ildə isə 36-cı pilləsində idi.

Mənbə: publika.az