Ayaz Əliyev: “Azərbaycanın azad edilmiş əraziləri böyük potensiala malikdir” - MÜSAHİBƏ

Azərbaycan bu gün strateji valyuta ehtiyatları 50 milyard dollardan çox olan iqtisadi cəhətdən sabit bir ölkədir. Bu illər ərzində ölkə əhalisinin yaşayış səviyyəsi 3-4 dəfə artıb. Bu əsasən neftin qiymətinin yüksək olması və onun hasilatındakı kəskin artımla əlaqəli olub.

Bu barədə Media.Az-a iqtisad elmləri namizədi, Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin maliyyə menecmenti kafedrasının dosenti Ayaz Əliyev danışıb.

Onun sözlərinə görə, iqtisadiyyatı karbohidrogen ixracatına yönəlmiş ölkələr artıq fəal şəkildə yeni iqtisadi inkişaf modellərini təkmilləşdirirlər. Bu barədə Azərbaycanın azad edilmiş əraziləri çox böyük potensiala malikdir.

“Məsələn, Qarabağa yönəldilən 15-20 milyard dollar həcmində investisiyalar gələcəkdə ölkənin iqtisadi artımını iki qat artıra bilər, yeni investisiyalar cəlb edə, iqtisadiyyatın böyüməsinə daha da təkan verə, əhalinin gəlir səviyyəsini yüksəldə və məşğulluğu artıra bilər.

Eyni zamanda, kiçik və orta sahibkarlar azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin bərpasına sərmayə qoyma prosesinin aktiv oyunçularına çevrilməlidirlər. Təbii ki, bu fəaliyyət bəhrələri dərhal nəzərə çarpmayacaq; bu, ən azı 10 ilə hesablanan uzunmüddətli sərmayədir. Bu meqa-layihə uzunmüddətli təsir göstərəcək uzun dövrü olan hər cür mini layihəni əhatə edəcək. 20-25 ildə bu layihələr ölkəni keyfiyyətcə yeni bir inkişaf səviyyəsinə çıxaracaq”, - deyə A.Əliyev qeyd edib.

Mütəxəssis bildirib ki, Azərbaycanı Naxçıvanla birləşdirən yeni dəhliz Orta Asiya bazarlarından Xəzər dənizi ilə Avropaya və geri Avrasiya bazarlarına da yük daşımalarını təmin edə bilən nəqliyyat və logistika mərkəzinə çevrilə bilər.

“Bu layihədə iştirak edən ölkələrin (Azərbaycan, Türkiyə, ola bilsin, İran) gələcəkdə bu iqtisadi birliyə qoşulmağı düşünəcəyi istisna edilmir. Bunun üçün ortaq sərhədlər və ümumi maraqlar daxil olmaqla praktik olaraq hər şey var. Rusiya və Türkiyədən olan investorlar yəqin ki, bu bölgədəki ən aktiv iqtisadi oyunçular olacaq”, - deyə A.Əliyev vurğulayıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyəli aktyor və ailəsi koronavirusa yoluxdu

SONRAKI XƏBƏR

Ermənilər Azərbaycanlılarla bərabər yaşayacaqlar ? – Millət Vəkili