"Belavia" Minsk-Bakı aviareysi üzrə uçuşları bərpa edir

"Belavia" Minsk-Bakı aviareysi üzrə uçuşları bərpa edir

Belarusun "Belavia" şirkəti dekabrın 4-dən etibarən Minsk-Bakı aviareysi üzrə uçuşları bərpa edir.

"APA-Economics"in məlumatına görə, bu barədə aviaşirkətin açıqlamasında deyilir.

Uçuşlar həftədə dörd dəfə (II, V, VI və VII günləri) yerinə yetiriləcək.

Qeyd edək ki, sentyabr ayında Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı məhdud iş rejiminə keçmişdi və sözügedən aviareys üzrə uçuşlar dayandırılmışdı.

Mənbə: apa.az