İaşə obyektlərində vacib qaydalar - VİDEO

İaşə obyektlərində vacib qaydalar - VİDEO

Son günlər koronavirus infeksiyasına yoluxmada yüksək göstəricilər qeydə alındığından qapalı məkanlar, o cümlədən ictimai iaşə obyektləri yüksək riskli yerlərə hesab edilir. Bu baxımdan xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar. AQTA sahibkarları və istehlakçıları koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Bu dövrdə dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilməklə ortaq istifadə olunan səthlərin də dezinfeksiyasına xüsusi diqqət yetirilməlidir.

Mənbə: www.realtv.az