Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 26 noyabr — Sputnik. 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı ötən ilin göstəricilərinə nisbətən 17,1% artaraq 706,6 manat təşkil edib.

1 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, milli iqtisadiyyatda muzdlu işçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

Onlardan 908 min nəfəri dövlət sektorunda, 773,6 min nəfəri özəl sektorda işləyir. Beləliklə, dövlət muzdlu işçilərin 54%-ni işlə təmin edən əsas işəgötürən kimi çıxış edir.

Ölkədə orta aylıq əmək haqqı barədə daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

Mənbə: sputnik.az