“Sony” şirkəti istehsalı Yaponiyadan çıxara bilər

“Sony” şirkəti istehsalı Yaponiyadan çıxara bilər

Elektronika istehsalçısı olan “Sony” şirkəti bərpa olunan enerjiyə dair qaydaların dəyişdirilməyəcəyi təqdirdə istehsalı Yaponiyadan çıxaracaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İnzibati İslahatlar İşləri üzrə nazir Taro Kono deyib.

T.Kono deyib ki, şirkətdən ona Yaponiyada bərpa olunan enerjini almağın çox çətin olduğu bildirilib: “Onun həcmi məhduddur, qiyməti isə yüksəkdir. Ona görə mənə bildirilib ki, ya biz bərpa olunan enerji ilə nəsə etməliyik, ya da onlar Yaponiyadan çıxmalı olacaqlar”.

Qeyd edilir ki, “Sony” bütün istehsalını 2040-cı ilə daha ekoloji enerji mənbələrinə keçirməyi planlaşdırır. Şirkətin Avropadakı istehsalı artıq tam olaraq bərpa olunan enerjidə çalışır.

Xatırladaq ki, “Sony Corporation” dünyada istehlak elektronikası istehsalı üzrə ən iri korporasiyalardan biridir. O, 1946-cı ildə yaradılıb.

Mənbə: finans.az