Xərçəngi sağaldan dərmanlar bahalaşdı

Xərçəngi sağaldan dərmanlar bahalaşdı

Rusiya Federal Antimonopoliya Xidməti xərçəng xəstəliyinin müalicəsi üçün dərman preparatlarının qiymətini bir neçə dəfə artırıb.

Cebhe.info xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

Məlumata görə, sözügedən qurumun həyati əhəmiyyətli və vacib dərman preparatlarının qiyməti olan siyahı dövlət tərəfindən tənzimlənir. Bildirilir ki, onkoloji xəstəliklər, həmçinin revmatoid artrit zamanı istifadə edilən lomustin və azatioprin dərman preparatlarının qiymətində artım var. Lomustinin qiyməti 9 dəfə, azatioprinin qiyməti isə 2 dəfə artıb.

Sözügedən qurumun məlumatına görə, bazardakı qıtlıq qiymət artımına səbəb olub.

Sevinc Tapdıqqızı
Cebhe.info

 

Mənbə: cebhe.info