Neft-qaz sektorunda idarəçilərin məvacibi azalıb

Neft-qaz sektorunda idarəçilərin məvacibi azalıb

Bu il neft-qaz şirkətlərinin rəhbər şəxslərinin (prezident, baş direktor və s.) məvacibi orta hesabla ötən ilə nisbətən 15 faiz azalaraq 2,79 milyon ABŞ dolları təşkil edir.

“Forbes” dərgisi tərəfindən hazırlanmış idarəçiləri ən çox məvacib aldıqları 12 sektorun reytinqində 2006-ci ildən bu yana olan məvaciblər təhlil olunur. Reytinqə görə, ikinci yerdə ağır sənaye idarəçiləri (1,87 milyon dollar), üçüncü yerdə telerabitə şirkətləri (1,31 milyon dollar) gedir.

Ötən 14 il ərzində yalnız 2007-ci ildə neft-qaz şirkətləri sərmayə bankları tərəfindən liderlikdən məhrum edildi. O zaman İPO və M & A sövdələşmələrinin geniş vüsət alması nəticəsində sərmayə bankları böyük gəlirlər əldə edirdi, idarəçilərinin orta məvacibi 3 milyon ABŞ dollarına çatmışdı, halbuki neft sənayesində bu göstərici 2,4 milyon dollardır.

Hazırda sərmayə banklarının rəhbərləri 1 milyon dollarlıq orta məvaciblə 1,05 milyon dollarlıq göstəriciyə malik kommersiya banklarından sonra reytinqdə 5-ci yerdədir.

Bu il idarəçilərinin orta məvacibində daha çox artım nəqliyyat (8 faiz), ağır sənaye (5 faiz), əczaçılıq (3 faiz), telerabitə (2 faiz) sektorlarında qeydə alınıb.

Mənbə: banker.az