Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb

Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb

 

Bu il Azərbaycanda ən çox ixrac əməliyyatları yanvarda aparılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, il ərzində ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, yanvarda ixrac əməliyyatları 2 milyard 130,2 milyon ABŞ dolları, mayda isə 665,4 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin 10 ayında ölkədə ixracın dəyəri 12 milyard 234 milyon dollar olub.

Mənbə: vergiler.az