Müsəlman ölkələri rəqəmsal əməkdaşlıq təşkilatı yaradıb

Səudiyyə Ərəbistanı başda olmaqla beş müsəlman ölkəsi rəqəmsal əməkdaşlıq təşkilatı yaradıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Twitter" hesabında deyilir.

"Dünyanın rəqəmsal transformasiyaya yönəldiyi zaman hər kəs üçün rəqəmsal gələcəyi reallaşdırmaq məqsədilə rəqəmsal əməkdaşlıq təşkilatı qurmaqdan qürur duyuruq", - deyə Səudiyyə Ərəbistanının rabitə və informasiya texnologiyaları naziri Abdullah əl-Svaha bildirib.

Onun sözlərinə görə, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Pakistan və İordaniya tərəfindən qurulan rəqəmsal iş birliyi 2020-ci ildən sonra Yaxın Şərq bölgəsində qadınların, gənclərin və sahibkarların rəqəmsal gələcəyini və hüquqları genişləndirəcək, iqtisadiyyatın inkişafı və sıçrayışı üçün rəqəmsal gələcəyə aparacaq.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Zibil vaxtında toplanmır deyə itlərin məskəninə çevrilib” - Foto

SONRAKI XƏBƏR

Şanlı ordumuzun qalib əsgərləri geri qayıdırlar - VİDEO