İcra hakimiyyəti 2 milyon manatlıq müqavilə - İMZALADI

İcra hakimiyyəti 2 milyon manatlıq müqavilə - İMZALADI

Gəncə Şəhər İcra Hakimiyyəti tenderin qalibini açıqlayıb

FED.az xəbər verir ki, İcra Hakimiyyəti Gəncə şəhərində küçə və prospektlərdə yolların təmiri (abadlıq-quruculuq) işlərinin davam etdirilməsi, habelə 2020-ci il iyulun 11-də şəhərə yağan güclü leysan nəticəsində şəhərin mərkəzi küçə və prospektlərində sıradan çıxan asfalt-beton işlərinin əsaslı təmirinin (əlavə işlərlə) satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi “ƏRDAĞI” MMC olmuşdur

İcra Hakimiyyəti qalib şirkətə 1 milyon 997 min 796 manat ödəyəcək

Mənbə: fed.az