Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

Ötən həftə ərzində (23-27 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 47,95 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,57 dollar və ya 8,04% çoxdur.

"APA-Economics"in məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 48,73 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 46,28 dollar səviyyəsində olub.

Mənbə: apa.az