Hindistan ilk dəfədir texniki resesiya ilə üzləşdi

Hindistanda 2020/2021-ci maliyyə ilinin ikinci rübündə ÜDM 7,5 faiz azalıb ki, bu da ölkənin ilk dəfədir texniki resesiya (iki rüb dalbadal ÜDM azalması) yaşaması deməkdir.

Bu barədə ölkənin Statistika və Proqramların Tətbiqi Nazirliyi açıqlama verib.

Bildirilib ki, ÜDM daimi qiymətlərlə 2019-2020-ci illərin ikinci rübündəki 35,84 trilyon rupiyə (486,2 milyard ABŞ dolları) qarşı 2020-2021-ci illərin ikinci rübündə 33,14 trilyon rupi (449,6 milyard ABŞ dolları) həcmində qiymətləndirilir. Bu da 2019-2020-ci illərin ikinci rübündə əldə edilmiş 4,4 faizlik artımdan sonra 7,5 faizlik azalma deməkdir.

Hesabat dövründə kənd təsərrüfatı 3,4 faiz, elektrik enerjisi, qaz, su təchizatı 4,4 faiz, istehsalat 0,6 faizlik artım göstərdiyi halda ticarət, mehmanxana biznesi, nəqliyyat sahəsində 15,6 faizlik kiçilmə qeydə alınıb.

2020-2021-ci maliyyə ilinin birinci rübündə ÜDM-nin 23,9 faiz azalması rüblük iqtisadi məlumatların açıqlanmaya başladığı 1966-cı ildən bu yana qeydə alınmış ən pis nəticədir. Həmçinin həmin göstərici ən güclü Asiya ölkələri arasında da ən aşağısıdır. Qeyd edək ki, hələ pandemiya başlamamış, 2019-2020-ci maliyyə ilinin üçüncü rübündə Hindistanda ÜDM artımı cəmi 4,1 faiz olub ki, bu da 2088-ci ilin maliyyə böhranından bu yana ən aşağı rəqəmdir.

Bundan əvvəl Hindistan Ehtiyat Bankı (RBI – ölkənin mərkəzi bankıdır) nümayəndələri resesiyanın gözlənildiyini, lakin iqtisadiyyata təkan verən tədbirlər nəticəsində ÜDM azalmasının səngidiyini və qısamüddətli olacağını bildirmişdilər.

(Nərmin Məcidli)

Xezerxeber.az

ƏVVƏLKİ XƏBƏR

Diplomunu Heydər Əliyevdən alan şəhid mayor: “Həsənqaya qəhrəmanı” 6 əsgərin nəşini döyüş bölgəsindən tək çıxarıb - FOTO

SONRAKI XƏBƏR

ABŞ-ın yeni Prezidentinin komandasındakı məşhur isimlər və “qırğılar”