Azərbaycanda əmtəə qazının hasilatı artıb

Bakı. Fidan Babayeva - Trend:

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 30,24 milyard kubmetrdən çox qaz, o cümlədən 21,4 milyard kubmetr əmtəə qazı hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 4,5 faiz və 7,3 faiz artıb.

Hesabat dövründə təxminən 28,8 milyon ton neft və qaz kondensatı hasil olunub ki, bu da 2019-cu ilin yanvar-oktyabrı ilə müqayisədə 7,5 faiz azdır.

2020-ci il noyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycanda hazır məhsul (neft) ehtiyatı 359,8 min ton təşkil edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Qırmızı şərab koronavirusdan qoruyur?

SONRAKI XƏBƏR

Ermənilər Rusiya səfirliyi qarşısına yürüş edəcəklər