İsraildə hansı ticarət mərkəzinin işləyəcəyi – LOTEREYA İLƏ SEÇİLDİ

İsraildə hansı ticarət mərkəzinin işləyəcəyi – LOTEREYA İLƏ SEÇİLDİ

İsraildə ticarət mərkəzləri pandemiya dövründə işləmək hüququ əolə etmək üçün lotereya oynamalı olublar.

Noyabrın 27-də İsraildə indiyədək karantinə dayanmış ticarət mərkəzlərinin ehtiyatla işə başlaması üzrə yeni layihə başlayıb.

Hazırda bütün İsrail ərazisində ümumilikdə 71 ticarət mərkəzi var. Amma hökumətin qərarına görə, onlardan cəmi 15 işləyə biləcək. Hansı ticarət mərkəzinin işləyəcəyi isə lotereyada müəyyən olunub.

Ticarət mərkəzlərinin bir hissəsi iki böyük qrupa – «Azrieli Ltd» və «Melisron Ltd»yə məxsusdur. Ona görə də onlardan hər birinin 3 mərkəzinə işləmək üçün icazə verilib. Qalan 9 icazə isə lotereya ilə məyyən edilib.

«Xoşbəxt lotereya biletləri»nin oynanılması maliyyə, iqtisadiyyat və səhiyyə nazirliklərinin nümaynədələrinin iştirakı ilə baş tutub. Bu qayda ilə seçilən mərkəzlər dekabrın 6-dək işləyəcək.

Seçim elə edilib ki, ölkənin şimal, cənub və mərkəz hissəsində hərəyə 3 mərkəz çalışsın. Qalib mərkəzlər cəmi bir neçə saata hazırlaşıblar ki, artıq noyabrın 27-dən səhər işə başlasınlar.

Yeni qaydalara görə, Ticarət Mərkəzləri xüsusi işçilər ayıracaqlar ki, müştərilərin maska geyinməsinə və məsafə saxlamasına nəzarət etsin. Qaydalara görə, hər mağazada eyni vaxtda maksimum 10 alıcı ola bilər. Yəni hər 7 kvadratmetrə 1 alıcı düşməlidir.

Müştərilərin sayı kompüterə vurulacaq, mağazanın 90%-i dolanda müştərilərə xəbərdarlıq ediləcək, 100% olanda isə giriş bağlanacaq.

Bu rejimdə ticarət mərkəzləri dekabrın 6-dək işləyəcək, ondan sonra isə səhiyyə nazirliyi ilə koronavirus qəragahı eksperimentin nəticələrini analiz edib sonrakı vəziyyətlə bağlı qərar verəcəklər.

Mənbə: fed.az