820 kilometr olan suvarma kanalı - VİDEO

820 kilometr olan suvarma kanalı - VİDEO

Ağstafada sovetlər dövründən fəaliyət göstərən və baxımsızlıqdan yararsız vəziyyətə düşən Köçəsgər kənd nasos stansiyası əsaslı təmirdən sonra istifadəyə verilib.

Bəzi kəndlərdə sahələrin suvarılmasında çətinliklərin olması Ermənistanın nəzərətində olan Hakum su anbarından gələn suyun onlar tərəfindən qarşısının kəsilməsidir. Odur ki, rayonun bir neçə kəndi sudan qıtlıq çəkir. Suyun səviyyəsi qalxdıqda isə düşmən anbarın suyunu açır və yay boyu susuz qalan kəndlərə sel gəlir. Bu da həm suvarma sisteminə həm də kənd sakinlərinin həyətyanı sahələrində fəsadlar yaradır.

Ağstafada suvarma mənbələri olan Ağstafaçay, Ağgöl su anbarları, Həsənsu çayı və subartezan quyularından istifadə edilir.

Suvarmada problem olmasın deyə rayon ərazisində su kanalları təmizlənir.

Qeyd edək ki, Ağsatfa rayonunda olan suvarma kanallarının uzunluğu 820 kilometrdir. Bunun 168 kilometri beton, 646.4 kilometri torpaq, 5.6 kilometri isə qapalı şəbəkə kanalıdır.

Mənbə: www.realtv.az