Su qıtlığı ilə bağlı həyəcan təbili

Su qıtlığı ilə bağlı həyəcan təbili

Son 20 ildə Yer kürəsində şirin su ehtiyatları 20 faizdən çox azalıb. Dünyada 3 milyarddan çox insanın su çatışmaz­lığı hiss olunan kənd təsərrüfatı rayonların­da yaşadığını nəzərə aldıqda, bu, heç də ürəkaçan hal sayılmır. Qeyd edək ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabat hazırlayıb.

FAO mütəxəssisləri bildiriblər ki, insanlar dünyada­kı su resurslarından mümkün qədər səmərəli istifadə etməlidirlər. Əgər tövsiyələr nəzərə alınmazsa, qarşıdakı illərdə daha acınacaqlı mənzərə yarana bilər.

Məlumatı “Nat.geo” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com