Azərbaycan əhalisi nağd rubl alışını - Azaldıb

Azərbaycan əhalisi nağd rubl alışını - Azaldıb

Bu ilin oktyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 163,137 mln. rubl təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 14,2%, illik müqayisədə isə 50,9% azdır.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi yanvar-oktyabr ayları ərzində 2,355 mlrd. rubl olub. Bu isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,4% azalma deməkdir.

Bundan başqa, oktyabr ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1,253 mlrd. rubl təşkil edib ki, bu da aylıq müqayisədə 6,1%, illik müqayisədə isə 2,7% azdır.

Hesabata əsasən, bu ilin yanvar-oktyabr aylarında əhalinin satdığı nağd rubl kütləsinin həcmi 11,408 mlrd. rubl olub. Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% azdır. (Apa)

Mənbə: fed.az