Noyabrda valyuta hərraclarında satılmış vəsaitin məbləği açıqlandı

Noyabrda valyuta hərraclarında satılmış vəsaitin məbləği açıqlandı

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Müqayisə üçün qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin oktyabr ayı ərzində 560,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabr ayında satışın məbləği 64,8 milyon dollar və ya 11,5% azalıb.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları, fevral ayı ərzində 543,4 milyon ABŞ dolları, mart ayı ərzində 1 milyard 928,3 milyon ABŞ dolları, aprel ayı ərzində isə 531,1 milyon ABŞ dolları, may ayı ərzində 334 milyon ABŞ dolları, iyun ayı ərzində 373,2 milyon ABŞ dolları, iyul ayı ərzində 515,5 milyon ABŞ dolları, Avqust ayında 478 milyon ABŞ dolları, sentyabr ayında 606,4 milyon ABŞ dolları, Oktyabr ayında 560,3 milyon ABŞ dolları məbləğində valyuta satılmışdır.

Valyuta hərraclarında vəsait kommersiya banklarına satılır.

Mənbə: insider.az