Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb

Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb

Bakı. Zeyni Cəfərov - Trend:

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq 46,05 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Bu müddət ərzində ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 58,5 milyard manat təşkil edib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,6 azdır.

Hesabata əsasən, yanvar-oktyabr aylarında qeyri-neft sektorunda ÜDM həcmi ötən illə müqayisədə 2,4 faiz artaraq 36,03 milyard manat təşkil edib. Əsas kapitala investisiyalar 11,5 milyard manata bərabər olub ki, bu da ötən illə müqayisədə 1,2 faiz çoxdur.

Noyabrın 1-ə olan vəziyyətə görə, orta illik istehlak qiymətləri indeksi 0,2 faiz artaraq 2,8 faiz təşkil edib.

Mənbə: az.trend.az