Yelo Bankda Kreditlərin Bərpası üzrə yeni Baş Direktor təyin olunub

Yelo Bankda Kreditlərin Bərpası üzrə yeni Baş Direktor təyin olunub

Səbuhi Süleymanlı Yelo Bankın Kreditlərin Bərpası üzrə Baş Direktor vəzifəsinə təyin olunub.

2003-cü ildə Milli Aviasiya Akademiyasının İnzibati İdarəetmə ixtisasını fərqlənmə ilə bitirən S. Süleymanlı, karyerasına 2005-ci ildə AccessBank-da kiçik kredit mütəxəssisi kimi başlayıb. Burada kredit istiqaməti üzrə özünü inkişaf etdirərərək, 2010-cu ildə filial müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən altı filial şəbəkəsi üzrə Regional Direktor olub. 2018-ci ildə AccessBank-ın Kreditlərin bərpası departamentinin direktoru olaraq böyük nailiyyətlər əldə etdikdən sonra, 2019-cu ildə İcraçi Direktor , 2020-ci ilin yanvar ayından isə Bankda Baş direktor vəzifəsinə təyin edilib.


 

Mənbə: anews.az