İKZF-in 2042-ci ildə ödənişi olacaq istiqrazları hərracda satılıb

İKZF-in 2042-ci ildə ödənişi olacaq istiqrazları hərracda satılıb

Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) AZ2050008682 ISIN-li, 50 mln. manat həcmində, 7 920 tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Banker.az-a verilən məlumata görə, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 mln. manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilən həcmi 50 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 8 avqust 2042-ci ildir.

Xatırladaq ki, İKZF bu il ümumi həcmi 250 mln. manat təşkil edən istiqrazlar emissiya edib.

Mənbə: banker.az