Almaniyada işsizlik azalıb

Almaniyada işsizlik azalıb

Noyabr ayında Almaniyada işsizlik 6,2 faizdən 6,1 faizədək geriləyərək 2.817 min nəfər təşkil edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Məşğulluq Agentliyi bildirib.

Halbuki "Reuters”ə açıqlamasında ekspertlər 6,3 faizədək artım gözləyirdilər.

Mövsümi amillər nəzərə alınmasa, ölkədə işsizlik 6 faizdən 5,9 faizədək, işsizlərin sayı 2,76 milyondan 2,699 milyonadək azalıb.

Mənbə: aktual.az