BMT 2021-ci ildə qlobal yardım üçün 35 milyard dollar ayrılmasını istəyib

BMT 2021-ci ildə qlobal yardım üçün 35 milyard dollar ayrılmasını istəyib

Koronavirus pandemiyasının dünya boyu yaratdığı iqtisadi tənəzzül nəticəsində milyonlarla insanın yoxsulluğa sürükləndiyi biri vaxt BMT gələn il 160 milyon insana həyati əhəmiyyətli rekord məbləğdə 35 milyard dollar humanitar yardımın ayrılmasını istəyib.

"Münaqişə, iqlim dəyişikliyi və COVID-19 İkinci Dünya Müharibəsindən bəri ən böyük humanitar problem yaradıb" - deyə, BMT-nin baş katibi Antonio Quterreş müraciətində bildirib.

O, donorları "ən ağır ehtiyac zamanı" ən böyük risk qarşısında olanlara yadım etməyə çağırıb.

BMT əslində ehtiyacın daha yüksək, təxminən 235 milyon insanın və ya planetdəki hər 33 nəfərdən birinin yardıma və ya qorunmağa ehtiyacı olduğunu bildirib. Bu, 2020-ci ilə nisbətən 40% artım deməkdir.

Pandemiyanın yayılmasını izləyən Cons Hopkins Universitetinin məlumatına görə, dünya boyu koronavirusun yaratdığı COVID-19-a 63 milyondan çox insan yoluxub. Xəstəlik nəticəsində təxminən 1,5 milyon insan ölüb, virusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlər zamanı on milyonlarla insan işini və dolanmaq üçün son ehtiyatlarını itirib.

“Yoxsul ölkələrdə insanlara yalnız xəstəlik deyil, ən çox iqtisadi təsirlərdən əziyyət çəkir. Artan ərzaq qiymətləri, gəlirlərin azalması, pul köçürmələrinin azalması, peyvənd proqramlarının kəsilməsi, məktəblərin bağlanması - bunlar hamısı ən yoxsul ölkələrdə ən yoxsul insanlara təsir göstərib" - deyə, BMT-nin Humanitar Yardım şöbəsinin rəhbəri Mark Loukok jurnalistlərə bildirib.

BMT gələn il yardım olmasa, daha ağır vəziyyətə düşə biləcək yeddi ölkənin aclıq səviyyəsinin həyəcan doğuran səviyyəyə çata biləcəyi barədə xəbərdarlıq edib. Bunlar Əfqanıstan, Burkina Faso, Konqo Demokratik Respublikası, Efiopiya, Nigeriya, Cənubi Sudan və Yəməndir.

İki həftə əvvəl BMT bu ölkələrdə vəziyyətin daha da ağırlaşmaması məqsədilə təcili fondlardan 100 milyon dollar yardım ayırıb.

Lakin onlarla digər ölkə də olduqca ciddi problemlərlə üzləşir və onların daha güclü dəstəyə ehtiyacı var.

Mənbə: www.amerikaninsesi.org