Naxçıvana 41 km-lik quru dəhlizi (VİDEO)

Naxçıvana 41 km-lik quru dəhlizi (VİDEO)

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın ən vacib bəndlərindən biri Naxçıvana quru dəhlizin açılmasını nəzərdə tutan bənddir.

Yaradılacaq yeni dəhliz Laçın dəhlizi ilə ekvivalent deyil. Daha çox daxili infrastruktur kimi nəzərdə tutulan Laçın dəhlizindən fərqli olaraq, Naxçıvanla Azərbaycan arasında quru dəhlizi beynəlxalq əhəmiyyətə malik olacaq.

Bunu Millət vəkili Fazil Mustafa deyir. O, üçtərəfli bəyanata bu bəndin əlavə olunmasnı, Azərbaycanın əldə etdiyi ən ciddi avantajlardan biri hesab edir.

Bu yolun açılması həm də İranın prosesə qoşulması deməkdir. Artıq bu ölkəyə yüklər daha asan yolla daşınacaq.

Fazil Mustafa deyir ki, bu layihənin qısa müddətdə gerçəkləşməsi bölgədə savaş riskini azaldacaq, eyni zamanda Avropa ölkələrinin, ABŞ-ın bölgə ilə bağlı siyasətinin dəyişməsinə səbəb olacaq.

Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan arasında birbaşa quru dəhlizin formalaşması həm Azərbaycan, həm də Naxçıvan üçün iqtisadi cəhətdən də əhəmiyyətlidir.

Dəhlizin istifadəyə verilməsi Azərbaycanın nəqliyyat və logistik hab olaraq regional mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. Nəticədə qeyri-neft ixracatı, ökəyə daxil olan valyutanın həcmi artacaq. Bu da nəticə etibarilə Azərbaycanın strateji mövqeyinin güclənməsinə səbəb olacaq.

 

Mənbə: www.realtv.az