Müharibədən sonra: Qarabağdakı əkin və meyvə bağlarının 70 faizi Azərbaycanın nəzarətində

Müharibədən sonra: Qarabağdakı əkin və meyvə bağlarının 70 faizi Azərbaycanın nəzarətində

Qarabağda əkin sahələrinin 70 faizi artıq Azərbaycanın birbaşa nəzarətinə keçib.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, son illər işğal altındakı əkin sahələri 132 min hektar olub ki, ondan da 100 min hekatarında yazlıq və payızlıq əkin apaırlıb. Xüsusilə taxıl və dənli bitkilər əkilib.

Müharibə nəticəsində torpaqların işğaldan azad edilməsi ilə Azərbaycan bu əkin sahələrinin 70 faizində nəzarəti də təmin edə bilib. Eyni zamanda, 7 min hektar sahədə salınan bağların da 70 faizi Azərbaycanın birbaşa nəzarətinə keçib.

Bu isə təkcə Qarabağdakı ermənilərin yox, Ermənistanın da taxıl, o cümlədən meyvə-tərəvəz qıtlığı ilə üzləşəcəyini söyləməyə əsas verir. Rəsmi rəqəmlərə görə, Ermənistanın taxılının azı 25 faiziuzun illər işğal altındakı Azərbaycan torpaqlarından təmin edilirdi.

Xəzər
 

 

Mənbə: cebhe.info