Çin son 30 ildə ilk dəfə Hindistandan düyü idxalına başlayıb

Çin 30 illik fasilədən sonra Hindistandan düyü idxalına başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb 2020-ci ilə dünyada düyü satışının azalması və hindistanlı ixracatçıların bu məhsulu daha ucuz satmasıdır.

Əldə edilən razılaşmaya əsasən, Hindistan dekabr ayından fevraladək Çinə bir tonu 300 dollardan 100 min ton düyü çatdıracaq. Hindistanın Düyü İxracatçıları Assosiasiyasının sədri Krişna Raonun sözlərinə görə, bu, 1990-cı illərdən bəri Çinin Hindistandan alacağı ilk düyü partiyası olacaq və gələcəkdə onun həcmi arta bilər.

Qeyd edək ki, Hindistan dünyada ən iri düyü ixracatçısı, Çin isə ən böyük düyü idxalçısıdır. Pekin hər il təxminən 4 milyon ton düyü idxal etsə də, əvvəllər keyfiyyətindən əmin olmadığı üçün Hindistandan məhsul almağa çəkinirdi.

İndiyə qədər Çinin ənənəvi düyü ixracatçıları bu il xaricə məhsul satışını azaldan və qiymətləri bahalaşdıran Tailand, Vyetnam, Myanma və Pakistan olub.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Anadolu Agentliyi Azərbaycanın qələbəsindən yazdı

SONRAKI XƏBƏR

Şəhid anasının arzusu: Bu şəkli paylaşın...