Güzəştli mənzillərin satışına başlanılır - VİDEO

Güzəştli mənzillərin satışına başlanılır - VİDEO

Dekabrın 18-dən etibarən,güzəştli mənzillərin satışına başlanılacaq.Mənzil İnşaatı Dövlət agentliyinin,ikinci layihsi olan Hövsan Yaşayış Kompleksində yerləşən 501 mənzilin satışı həyata keçiriləcək.

Güzəştli mənzillər üçün müraciət edib,qısa zamanda hazır,təmirli evinə köçən ailələr, bu mənzillərin olduqca rahat olduğunu bildirdilər. Üstəlik, yaşayış üçün lazımlı olan bütün obyektlərin kompleks daxilində olması, ailələrin işini bir xeyli asanlaşdırıb.

Xatırladaq ki, Hövsan Yaşayış Kompleksi ümumilikdə 20 h ərazidə yerləşir.11 yaşayış binasından ibarət olan kompleksin içərisində 2 uşaq bağçası, ümummtəhsil mərkəzi,həmçinin tibb mərkəzi də istifadəyə verilib.

 

Mənbə: www.realtv.az