Təhsil Nazirliyi dərsliklərin təkmilləşdirilməsi istiqamətində Sinqapurla əməkdaşlığa başlayıb. Belə ki, Sinqapurun nəşriyyat eviinin mütəxəssisləri Azərbaycanda yerli mütəxəssislərə iki istiqamətdə - riyaziyyat və təbiət elmləri üzrə treninqlər keçəcək.
Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva REAL-a bildirib ki, məqsəd təcrübə mübadiləsi çərçivəsində dərslik komplektlərini təkmilləşdirməkdir.
Bildirilidi ki, beynəlxalq qiymətləndirmədə yüksək nəticə göstərən ilk üç ölkədən biri Sinqapur olduğuna görə, əməkdaşlıq VƏ təcrübə mübadiləsinin aparlmasında məhz o seçilib.