Brent nefti 48 dollardan baha ticarət olunmaqdadır

Birjalarda neftin qiyməti bir neçə saatdır ki, 48 dollar/barel qiymətindən yuxarı həddə satılır. Baxmayaraq ki, OPEC+ alyansının neftin gələcək hasilatı ilə bağlı qətiyyətli proqnozu yoxdur, COVID-19 peyvəndinin işə yaraması ilə gələn xəbərlər hələ də treyderlər üçün gələcəyə müsbət baxmağa sövq edir.

London birjasında 2021-ci ilin fevral üzrə fyuçerslərində Brent markalı xam neftin bir barreli 48.20 dollar olub. Əslində, son saatlarda bu 5 sent, yəni, 0.10% ucuzlaşma olması deməkdir. Amma ötən günün eyni saatlarında 47.30 dollar ətrafında idi.

Nyu-York birjasında gələn ilin yanvarı üzrə fyuçerslərdə WTI 45.20 dollar olmuşdur.

Əlcəzairin Enerji Naziri və OPEC prezidenti Abdelmajid Attar, bazar ertəsi 2021-ci ilin 1-ci rübündə, neft bazarındakı vəziyyətin cari ildə olduğu kimi qalacağını deyib.

Nazir OPEC konfransında alyansın doğru yolda olduğunu və bazarı dəstəkləməsinə davam kimi qiymətlənirib.

Bazar ertəsi axşama yaxın “OPEC” daxilində istehsal məhdudiyyətlərinin qorunması zərurəti ilə bağlı fikir birliyinin olduğu məlum olub. Bu səbəbdən müqavilənin 1-ci rübə kimi uzadılması ehtimalları yüksəkdir.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Fəxrizadə sui-qəsdi ilə Şərqi Aralıq dənizi gərginıiyi arasında hansı əlaqə var?..

SONRAKI XƏBƏR

"Hazırkı yoluxma statistikası pik hədd deyil" - Professor