"Azərişıq" mobil tətbiqi dəstəkləyən kart oxuyucuları alacaq

"Azərişıq" mobil tətbiqi dəstəkləyən kart oxuyucuları alacaq

"Azərişıq" ASC mobil tətbiqi dəstəkləyən kart oxuyucularının satın alınmasına dair açıq tender elan edib.

"APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, iddiaçılar tender təklifini və bank təminatını 11 yanvar 2021-ci il saat 16:00-dək dövlət satınalmaların vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Tenderdə iştirak ödənişlidir və iddiaçılar müəssisənin hesabına 300 manat məbləğində vəsait köçürməlidirlər. İştirak haqqı yalnız “ASAN Ödəniş” vasitəsilə həyata keçirilə bilər. İddiaçıların təklifləri 12 yanvar 2021-ci il saat 16:00-da müəssisənin inzibati binasında açılacaq.

Qeyd edək ki, kart oxuyucular vasitəsilə elektrik sayğacların smart kartların balansını mobil tətbiq vasitəsilə artırmaq mümkündür. Xidmət yalnız istismarda “PoudRaad” şirkətinin sayğaclarının smart kartlarına şamil olunur. Abunəçilər cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərlər. Cihazın qiyməti 20 manat təşkil edir.

Mənbə: apa.az