“Binə Aqro” yenidən - Təşkil Olunub

Azərbaycanın aparıcı istixana kompleksi – “Binə Aqro” QSC-nin yenidən təşkil olunması prosesi başa çatıb.

FED.az xəbər verir ki, proses çərçivəsində səhmdar cəmiyyətinin nizamnamə kapitalı 2 min manatdan 164 min manata çatdırılıb.

Kapital artımı “Binə Aqro” ilə eyni hüquqi ünvanda fəaliyyət göstərən və eyni şəxsin rəhbərlik etdiyi 2 şirkətin – “Habako Konstrakşn” və “Alfa Aqro” QSC-lərin 1-ciyə qoşulması ilə bağlıdır.

Son nəticədə ləğv olunmuş şirkətlərin müvafiq olaraq 160 min manat və 2 min manat məbləğində nizamnamə kapitalı “Binə Aqro”nun kapitalına əlavə olunub. Hazırda istixana kompleksinin dövriyyədə hər birinin nominal dəyəri 10 manat olan 16 400 ədəd səhmi var. 

Fed.az

ƏVVƏLKİ XƏBƏR

Politoloq: “Dəhlizin açılması Naxçıvanın regional əhəmiyyətini artıracaq”

SONRAKI XƏBƏR

Qərbi Azərbaycanda dəhşətli hadisələrin qarşısı alındı - Terror törətmək üçün...