Gürcüstanın fındıq ixracatından əldə etdiyi cari gəlir 46% artıb- 59 mln dollar

Bu il Gürcüstan fındığının ixracı pul ifadəsində 59,3 milyon dollar təşkil edib ki, bu da bir il əvvələ nisbətən 46 faiz çoxdur.

Banker.az Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin 29 Noyabr tarixli məlumatına istinadən xəbər verir ki, mövsümün əvvəlindən bəri Gürcüstandan 11.311 ton fındıq ixrac edilib.

Belə ki, ümumi ixrac həcminin təxminən 72% -i Avropa Birliyi ölkələrinin payına düşür. Xüsusilə Almaniyaya 3 min 287 ton, 2 min 320 ton, Çexiya – 594 ton, İspaniya – 352 ton, Fransa – 218 ton, Yunanistan – 97 ton.

Qeyd edək ki, Gürcüstanda fındıq yığımı avqust ayının sonunda başa çatıb. Hazırda ixracatçılar istehsalçılardan saxlanılan fındıq alır.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Kərbəla şəhərində Qarabağ şəhidlərinin xatirə məclisi keçirilib (FOTO)

SONRAKI XƏBƏR

Koronavirus bütün dünyada tüğyan edir - STATİSTİKA