İctimai nəqliyyatda YENİLİK-Gələn ildən tətbiq ediləcək

Sifətin tanınması texnologiyası olan Face İD-dən gələn ildən Moskva nəqliyyatında istifadə olunacaq. Bu texnologiyanın köməkliyi ilə gediş haqqı ödəniləcək.
Cebhe.info xəbər verir ki, bu barədə Moskva merinin müavini Maksim Liksutov "Exo Moskvı" radiostansiyasına danışıb.

"Bu texnologiyanın tətbiqi gələn il dəqiq baş tutacaq. Buna görə bu sistemi iki Rusiya Bankı ilə testdən keçiririk. Həmin banklarda sifətin tanınması sistemi artıq var",-deyə məmur bildirib.

"Texnologiyanın metroda da işləməsi üçün yalnız biometrik infrastruktur quraşdırmaq lazımdır",-deyə mer müavini əlavə edib.

Qeyd edək ki, bu texnologiyada tibbi maskada belə, sifətin tanınması mümkündür.

Sevinc Tapdıqqızı

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

"Azərişıq" elektrik enerji itkilərini azaldıb

SONRAKI XƏBƏR

“Bu, dünya miqyasında təkrarı olmayan bir qələbədir” - Fəzail Ağamalı