MİDA 58 minlik koronavirus testləri və maskalar aldı

MİDA 58 minlik koronavirus testləri və maskalar aldı

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət koronavirusla bağlı 2 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “N.Tusi adına Klinika” MMC və “Avromed Company” QSC-dir.

“N.Tusi adına Klinika” MMC ilə bağlanmış müqavilədə Covid-19 virusu ilə əlaqədar tibbi testlərin aparılması nəzərdə tutulur. Müqavilənin ümumi məbləği isə 47 198 manatdır.

“Avromed Company” QSC ilə bağlanmış müqavilə isə Tibbi maskaların satınalınmasından ibarətdir. Buna görə MİDA bu şirkətə 10 384 manat ödəyəcək.

Mənbə: banker.az