Azərbaycanda kənd təsərrüfatı məhsullarının - İstehsalı Artıb

Bu ilin ötən 10 ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.

FED.az xəbər verir ki, 2020-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480,0 milyon manat təşkil etmişdir ki, onun da 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0 faiz, bitkiçilik məhsulları üzrə isə 0,2 faiz artmışdır. (Trend)

Fed.az

ƏVVƏLKİ XƏBƏR

COVID-19-a qarşı peyvəndin yan təsirləri açıqlanıb

SONRAKI XƏBƏR

Ermənistanda daha 1 277 nəfər koronavirusa yoluxdu