Tayland kütləvi turizmdən imtina etmək niyyətindədir

Tayland kütləvi turizmdən imtina etmək niyyətindədir

Tayland yaxın illərdə kütləvi turizmdən imtina etməyi planlaşdırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə gələn il cəmi 8 milyon (40 milyonun yerinə) turist gəbul edəcək və bu göstərici qarşıdakı bir neçə ild bu səviyyədə saxlanılacaq.

Qeyd edilir ki, məqsəd koronavirus pandemiyasından sonra bir turistin orta xərclərini 1900 ABŞ dollarına kimi artırmaqdır. Belə ki, artıq 2019-cu ildə bir nəfərin orta hesabla xərclədiyi vəsait əvvəlki illərlə müqayisədə 100 dollar azalaraq 1500 ABŞ dolları olub.

Mənbə: finans.az