Paşinyan Aİİ daxilində ümumi neft və qaz bazarlarının formalaşdırılmasını zəruri sayır

Paşinyan Aİİ daxilində ümumi neft və qaz bazarlarının formalaşdırılmasını zəruri sayır

Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində neft, neft məhsulları və qaz üçün ümumi bazarların formalaşdırılması yolu ilə koordinasiyalı enerji siyasətinin həyata keçirilməsini zəruri hesab edir.

KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu fikirləri 4 dekabr cümə günü, Aİİ Hökumətlərarası Şurasının video konfransı zamanı bildirib. O qeyd edib ki, “Biz koordinasiya edilmiş enerji siyasətinin həyata keçirilməsinin zəruriliyi, ortaq elektrik enerjisi bazarının yanında neft, neft məhsulları və qaz bazarlarının formalaşması barədə fikirdəyik. Aİİ-nin ortaq qaz bazarı ilə bağlı beynəlxalq müqavilənin qəbulu bu baxımdan böyük əhəmiyyət daşıyacaq”.

Mənbə: konkret.az