Əmanətçilərə diqqətli olmaq tövsiyə edilir: Qanun qüvvədən düşdü

Əmanətçilərə diqqətli olmaq tövsiyə edilir: Qanun qüvvədən düşdü

“Bu gündən etibarən "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvədən düşdü, "Əmanətlərin sığortalanması haqqında" qanun qüvvəyə mindi”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Ekspert qeyd edib ki, hər hansı yeni qanun (qayda, mexanizm) təsdiqlənənə qədər banklarda yalnız 30 min manatadək sığortalı əmanət yerləşdirmək olarcaq:

“Buna görə də yeni əmanətçilərə diqqətli olmaq tövsiyə edilir. Yeni qaydalar 04.12.2020-ci il tarixdən əvvəl yerləşdirilmiş əmanətlərə şamil edilmir. Lakin cari konyuktur təcili olaraq daha təkmil, risk əsaslı, differensiallıq gözlənilməklə təşviqedici sığorta mexanizminin tətbiqi çağırışı yaradıb və hər zamankı kimi biz gecikirik”.

 

Mənbə: teleqraf.com