On bir ayda istehsalı azalan tikinti məhsulları

On bir ayda istehsalı azalan tikinti məhsulları

2020-ci ilin 11 ayında Azərbaycanda 3 milyon 58,9 min ton sement istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% azalma deməkdir.

Azalma tək sement istehsalında qeydə alınmayıb. Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında 203,1 min ton armatur istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,8% azdır.

Müəllif: Elmir Murad

 

Mənbə: abc.az