"BakıKart"ın satış qiyməti ARTIRILDI

"BakıKart"ın satış qiyməti

1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata yüksələcək.

Bu barədə “BakıKart” məlumat yayıb.

“BakıKart kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.

Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

Bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib”.

Məlumatda həmçinin qeyd olunub ki, dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir.

“Gediş haqlarında dəyişiklik yoxdur. Kart balanslarında dəyişiklik yoxdur”.

Mənbə: bizim.media