Baş nazirdən sümük iliyi transplantasiyası ilə bağlı - Qərar

Baş nazirdən sümük iliyi transplantasiyası ilə bağlı -

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə qaldırılıb.

Mənbə: qafqazinfo.az