Bakıda bu dayanacaqlar söküləcək

Bakıda bu dayanacaqlar söküləcək

Paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası, yararsız vəziyyətə düşənlərin isə söküntüsü işləri ilə bağlı hazırlıqlara başlanılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat əldə edib.

Məlumata görə, qeyd olunan işlərin həyata keçirilməsi ilə bağlı “Madina Group MM” şirkəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət dayanacaqlarda təmir, bərpa və söküntü işlərini 419 min 531 manata icra edəcək.

Mənbə: www.bakupost.az