2026-cı ilin yanvar-aprel ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 4327,8 manat təşkil edib.
Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaşı 2530,2 manat, qeyri-dövlət işçilərinin orta aylıq maaşı isə 5189,2 manat təşkil edib.
Sonrakı yerlərdə maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə sahəsi gəlir.
Aşağıdakı cədvəldə 2026-cı ilin yanvar-aprel aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı əks olunub:

Mənbə: publika.az