Neft məhsullarının istehsal dəyəri 2,4 milyard manatı ötüb

Neft məhsullarının istehsal dəyəri 2,4 milyard manatı ötüb

2026-cı ilin yanvar-may aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 457,1 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 4,1 faiz azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft məhsullarından avtomobil benzininin istehsalı 7,9 faiz artıb, ağ neft istehsalı 18,7 faiz, neft bitumu istehsalı 41,4 faiz, mazut istehsalı isə 45,2 faiz azalıb.

Mənbə: azertag.az