“Bakının müxtəlif ərazilərində suyun verilmə saatlarında azalmalar tətbiq olunur”

“Bakının müxtəlif ərazilərində suyun verilmə saatlarında azalmalar tətbiq olunur”

“Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır”.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında bildirilir.

“Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədilə texniki işlər icra edilir.

Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.

Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur”, - qurumdan qeyd edilib.

Mənbə: qafqazinfo.az