Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz olmayacaq -
Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazırəhmədli kəndi və Samux rayonunun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: azxeber.com