Bu fikirləri maliyyə naziri Sahil Babayev parlamentin növbədənkənar plenar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin qəbulundən sonra çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, proqnozlaşdırma zamanı xarici kreditor qurumların vəsaiti hesabına icra ediləcək layihələr hazırlıq tədbirləri və danışıqlar prosesinin, bəzi kredit sazişlərinin imzalanmasının vaxt alması, habelə zəruri hallarda operativliyin təmin edilməsi məqsədilə optimist ssenarilər əsasında nəzərdə tutulur və cəlb edilən vəsaitlərə uyğun isə icrası təmin edilir:
"Eyni zamanda, hesabat ilində Nazirlər Kabineti tərəfindən "Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib. Qaydalara əsasən, investisiya layihələrinin icra qrafiklərinə uyğunluğunun yoxlanılması, tam və vaxtında həyata keçirilməsinə nail olunması məqsədi ilə müvafiq monitorinqlərin aparılması nəzərdə tutulur".
Mənbə: oxu.az