Qazaxıstan benzin və dizel ixracına qadağaya dair qərar hazırlayır

Qazaxıstan benzin və dizel ixracına qadağaya dair qərar hazırlayır

Qazaxıstanın Energetika Nazirliyi Avrasiya İqtisadi İttifaqı da daxil olmaqla, bütün ölkələrə benzin ixracına qoyulan qadağanın daha altı ay uzadılması barədə qərar layihəsi hazırlayıb.

Müvafiq sənəd "Açıq Tənzimləyici Hüquqi Aktlar" dövlət portalında dərc edilib.
Orada deyilir ki, "22 noyabr 2026-cı ildən 22 may 2027-ci ilə qədər avtomobil və dəmir yolu ilə, o cümlədən Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə benzin, dizel yanacağı və müəyyən neft məhsullarının ixracına qadağa qoyulur".

Sərəncamla həmçinin "1 yanvar 2027-ci ildən 30 iyun 2027-ci ilə qədər Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara yüngül distillatların, reaktiv yanacağı və dizel yanacağının, qaz yağlarının, toluolun, ksilolun və neft bitumunun ixracına qadağa qoyulur".
Yanacaq ixracına yalnız respublika hökumətinin qərarı ilə və humanitar yardım məqsədləri üçün icazə veriləcək.

Mənbə: musavat.com