AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Qeyd edək ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.
Mənbə: oxu.az